“Rusiya separatçılara dəstəyi dayandırmalıdır”
Rusiya Debaltsevo şəhərində Ukrayna ordusuna qarşı ən müasir silahlardan istifadə edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.
Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlər qarşısında çıxış edən Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.
“Rusiya öz ordusunu Ukraynanın şərqindən çıxarmalı, Minsk razılaşmasına hörmətlə yanaşmalı və separatçılara dəstəyi dayandırmalıdır”, – deyə Stoletenderq bildirib.
Baş katib bildirib ki, NATO Ukraynaya siyasi dəstəyi sonuna qədər davam etdirəcək.