Reklam: High Technic
hightechnic

Rusiya sirləri açır – CİA-nın dəhşətli cəza üsulları Avropaya daşınır

“Ukrayna və ABŞ-da insan hüquqları ciddi şəkildə tapdalanır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyanın Federal Penitensiar Xidmətinin Hüquq Departamentinin nümayəndəsi Vladislav Smirnov ATƏT-in İnsan hüquqlarına dair yığıncağında bildirib.

“Ukraynada insan hüquqlarına hörmətsizlik halları ciddi narahatlıqlar doğurur. Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki silahlı münaqişələr zəminində cinayət törətməkdə ittiham olunaraq həbs olunanlar üçün qanunun aliliyi tətbiq edilmir. Xarici qurumlar hesab edirlər ki, onlar ilk növbədə gizli yerlərdə saxlanılırlar. Cinayət məsuliyyətinə cəlb edilmək üçün günahlarını etiraf etsinlər deyə onlara müxtəlif işgəncələr verilir – döyülmə, elektrik enerjisi, edam, təhdid və hədə-qorxu” – deyə rusiyalı diplomat bildirib.

Rusiya nümayəndəsi Quantanamoda ABŞ hərbi bazasında yerləşən xüsusi həbsxananı diqqətə çatdıraraq, burada da insan hüquqlarının kobudcasına pozulduğunu qeyd edib: “40-dan çox məhbus, bəziləri 10 ildən artıq olmaqla vakuumda saxlanılıb, heç bir ittiham irəli sürülmədən işgəncələrə məruz qalıblar. Bu, insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasının nümunəsidir”.

“ABŞ səlahiyyətlilərinin qeyri-qanuni həbs təcrübəsi digər ölkələrə də təsir edir. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) həbsxanaları bir sıra ATƏT üzvü olan ölkələrdə də qurulub. Burada əsas beynəlxalq məhkəmə qaydaları ciddi şəkildə pozulur. Bu xüsusi həbsxanaların yaradılmasında məsuliyyət daşıyanlar Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq hesabat verməlidir” – deyə diplomat sözlərini bitirib.

www.yenicag.az

4180