Rusiya Tbilisiyə 253 milyon avro təzminatı ödəyəcək? - Peskov açıqladı

media-hightechnic-468x90

“Rusiya 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələrlə bağlı  Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tələblərinə əməl etməyəcək”. 

Yenicag.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Belə ki, Peskov jurnalistin AİHM-in qərarının Rusiya və Gürcüstan arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı sualına: “Bu, ayrı məsələdir, ayrı bir mahiyyətdir”, – deyə cavab verib.

Qeyd edək ki, oktyabrın 14-də AİHM Gürcüstanın Rusiyaya qarşı dövlət iddiasını təmin edərək, 2008-ci il münaqişəsindən sonra insan haqlarının pozulması iddiası ilə Tbilisiyə 253 milyon avro təzminat təyin edib. İddia 2008-ci ildə qaldırılıb. Məhkəmə müəyyən edib ki, Rusiya “həddindən artıq güc tətbiqi”, “qəddar rəftar”, “qanunsuz həbslər” və “Gürcüstanın nəzarətində olan ərazilər arasında” sərhəddən hərəkətə “qanunsuz məhdudiyyətlər” daxil olmaqla pozuntulara yol verib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa