Rusiya tərəfində döyüşən çinlilərin sayı açıqlandı
200-ə yaxın Çin vətəndaşı Rusiya tərəfində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edir.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ kəşfiyyatının məlumatları ilə tanış olan iki ABŞ rəsmisinə və keçmiş Qərb kəşfiyyatçısına istinadən məlumat yayıb.
Mənbələrdən biri agentliyə bildirib ki, “Rusiya tərəfində Çin hökumətinin heç bir əlaqəsi olmayan 200-ə yaxın çinli muzdlu döyüşür”.
ABŞ rəsmiləri bildiriblər ki, çinli könüllülər “minimal təlim” keçiblər və Rusiyanın hərbi əməliyyatlarına az təsir göstəriblər.
Eyni zamanda, agentliyin məlumatına görə, Çin hərbi zabitləri hərbi münaqişədən dərs və taktika öyrənmək üçün təmas xəttinə yaxın səfərlər edir. Keçmiş rəsminin sözlərinə görə, Çin ordusunun zabitləri “yalnız razılaşma əsasında oradadırlar”.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski iki Çin vətəndaşının Ukrayna hərbçiləri tərəfindən əsir götürüldüyünü açıqlamışdı. Rusiya və Çin Respublikası Çin vətəndaşlarının işə cəlb edilməsi ilə bağlı ittihamları rədd ediblər.