Rusiya təyyarələri Litvanın hava məkanını pozdu

media-hightechnic-468x90

NATO missiyasının Litvadakı qırıcı təyyarələri Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələrin ölkənin hava məkanını pozması səbəbindən səmaya qaldırılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 23-də saat 18:00 radələrində Litva Hərbi Hava Qüvvələri Kibartay (Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd şəhər – red.) yaxınlığında dövlət sərhədinin pozulması faktını aşkarlayıb: Rusiyanın Su-30 təyyarəsi və İl-78 yanacaqdoldurma təyyarəsi ehtimal ki, Kalininqrad vilayətində yanacaqdoldurma təlimləri keçirib, Litvanın hava məkanına təxminən 700 metr daxil olub və hava məkanında təxminən 18 saniyə qaldıqdan sonra onu tərk edib”, – məlumatda deyilir.

“Hadisəyə cavab olaraq İspaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter Typhoon” qırıcı təyyarəsi səmaya qaldırılıb, NATO-nun hava polisi missiyasını yerinə yetirib”, – nazirlik əlavə edib.

Bildirilir ki, NATO qırıcıları hazırda hava patrulları həyata keçirir./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05