!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Türkiyə müttəfiqliyini terror qruplarına dəyişir - "YPG, Dəməşq və Moskva razılaşıb"

!Reklam – Yazi

YPG, Dəməşq və Moskva Suriyanın şimali ilə bağlı bir çox məsələdə razılaşıb. 

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Suriya təmsilçisi Aleksandr Lavrentyev “Barış pınarı” hərəkatı ilə bağlı açıqlamasında deyib.

Razılaşmaya uyğun olaraq Əsəd qüvvələrinin YPG-nin nəzarəti altında olan Münbiç və digər bütün nöqtələrə daxil ola biləcəyini açıqlanıb.

Lavrentyev həmçinin, Türkiyənin bölgəyə ən uzağı 5-10 km qədər irəliləyə biləcəyini də deyib. Digər bütün məsələləri isə, YPG, Dəməşq və Moskva öz arasında həll edib.

Lavrentyev qeyd edib ki, Ərdoğan “Barış pınarı” tamamlandıqdan sonra 1türkiyə ordusunu Suriyanın şimalından çəkəcək.

Sözcü Türkiyə sərhədlərini qorumaq üçün Suriyanın şimalında Əsəd qüvvələrinin yenidən toplanmasının zəruri olduğunu əlavə edib.

“YPG, Suriya ordusunun bəlli ərazilərə girməsini qəbul edib” deyən Lavrentyev, bunun iki qüvvə arasındakı görüşmələrin son nəticəsi olduğunu qeyd edib.

Rus təmsilçi 1998-ci ildə bağlanmış “Adana” müqaviləsini xatırladaraq, müqavilə şərtlərinə görə, Türkiyənin yalnız 5 km irəliləmək hüququnun olduğunu deyib. Eyni zamanda, təmizləmə əməliyyatları bitdikdən sonra Türkiyə ordusunun burada qalmasına qarşı olduqlarını dilə gətirib.

Digər bir önəmli açıqlama isə, həbsdən qaçma ehtimalı olan İŞİD terrorçuları ilə bağlı olub. Lavrentyev bu barədə məlumatlı olmadığını, ancaq bölgə həbsxanalarında 12 mindən çox terrorçunun saxlanıldığını qeyd edib.

Həşim Səhrablı 

COP29

www.yenicag.az

6484
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv