Rusiya Türkiyəyə aviareysləri məhdudlaşdırır

Rusiya Türkiyəyə aviareysləri məhdudlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Rusiya martın 23-dən yeni tip koronavirus (Covid-19) təhlükəsi ilə əlaqədar Türkiyə ilə aviaəlaqəni məhdudlaşdıracaq. Yalnız İstanbula müntəzəm reyslər davam edəcək. Eyni zamanda rusiyalıların Türkiyədən gətirilməsi üçün çarter reysləri təşkil olunacaq.