Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır

media-hightechnic-468x90

Rusiya Federasiyası üç moldovalı diplomatı ölkədən çıxarır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moldova hökumətinin Rusiya səfirliyinin üç əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı qərarı ilə əlaqədar Moldovanın Rusiya Federasiyasındakı səfiri XİN-ə çağırılıb. Səfirə kəskin etiraz bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya diplomatik missiyasını Moldovanın daxili işlərinə qarışmaqda ittiham etmək cəhdlərinin heç bir əsası yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan öncə Moldova üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa