Rusiya-Ukrayna müharibəsi HƏLLEDİCİ FAZADA: Regionun taleyi müəyyənləşir

media-hightechnic-468x90

“Qarşıdakı 1 il ərzində Rusiya – Ukrayna müharibəsinin nəticələri dünyanın, o cümlədən regionun geosiyasi taleyini müəyyən edəcək”.

Bu fikirləri siyasi ekspert Şəhla Cəlilzadə Yenicag.az-a açıqlamasında deyib.

media-sehla_celilzade-1

O qeyd edib ki, bu qarşıdurma artıq yalnız iki dövlət arasında baş verən müharibə kimi xarakterizə oluna bilməz:

“Aydındır ki, kollektiv Qərb Rusiyanı məğlub etməyə çalışır. Həmçinin məqsədləri Rusiyanın tərəfdaşlarını rəsmi Kremldən uzaqlaşdırmaqdır. Müharibəni öz xeyirlərinə sonlandırmağa çalışırlar. Nüvə təhdidinin işə düşməsi müharibənin coğrafiyasının daha da genişlənməsinə səbəb ola bilər. Bu isə Qərb üçün ciddi təhdid deməkdir. Ukrayna müharibəsi kontekstində ABŞ və Çin liderlərinin görüşü gözlənilən effekti vermədi. Ukrayna Prezidenti Vlodimir Zelenski gözləyirdi ki, Donald Tramp Çinin liderini sanksiyalar və təzyiqlərlə Rusiyadan uzaqlaşdıracaq. Lakin görünən odur ki, bu məsələ müzakirə olunmadı. Hətta görüşdən sonra Donald Tramp qəribə açıqlama verdi. O vurğuladı ki, tərəflərə zaman-zaman döyüşmək üçün icazə vermək lazımdır. Dolayı yolla, o, istəyir ki, döyüşlər yalnız iki ölkə sərhədlərində aparılsın. Lakin hazırkı dönəmdə nüvə təhdidi daha da intensivləşir”.

Politoloq bildirib ki, hazırda tərəflər çəkindirmə doktrinasından istifadə edirlər:

“Nüvə silahlarının sınağının keçirilməsi çəkindirmə doktrinasından irəli gəlir. Dünya yeni nüvə müharibəsi ilə üz-üzədir. Bu fonda ABŞ və Çin liderlərinin görüşündəki nəticə qlobal müharibənin baş verməməsi üçün razılaşmalarla xarakterizə oluna bilər. Yəni bu razılaşmalar elan olunan nüvə müharibəsinin qarşısını almağa yönəlib. Belə ki, ABŞ və Çin razılaşmaları çərçivəsində rəsmi Pekin Rusiyayla enerji əlaqələrini davam etdirəcək. Həmçinin ABŞ və Çin arasında ticarət sanksiyaları yumşaldılıb. Ümumilikdə isə qarşıdakı 1 il ərzində Rusiya – Ukrayna müharibəsinin nəticələri dünyanın, o cümlədən regionun geosiyasi taleyini müəyyən edəcək”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa