Rusiya - Ukrayna müharibəsi yaxın vaxtlarda bitməyəcək - PROQNOZ

media-hightechnic-468x90

“ABŞ-nin “Tomahawk” raketlərini Ukraynaya verilməsi müharibənin sərhədlərini daha da genişləndirə bilər. Yəni rəsmi Kiyev bu silahlar vasitəsilə Rusiya ərazilərinə zərbələr endirə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Ramiyyə Məmmədova deyib.

O bildirib ki, Donald Tramp bu məsələdə NATO və Qərb dövlətlərindən istifadə edir:

“ABŞ lideri Rusiya ilə qarşı-qarşıya gəlməmək üçün silahları üçüncü tərəflər üzərindən Ukraynaya ötürür. Tramp bununla həm də Rusiyaya təzyiq etməyə çalışır. Çünki o, müharibəni dayandırmaq üçün rusiyalı həmkarı Vladimir Putinlə razılığa gələ bilmədi. Lakin, Ağ Ev sahibinin də bu addımları risklidir. Belə ki, bu, NATO-Rusiya münaqişəsinə gətirib çıxaracaq. Məsələyə bu kontekstdən yanaşdıqda demək olar ki, müharibə yaxın vaxtlarda bitməyəcək. Hətta genişlənməsi də ehtimal olunur. Putinə təzyiq edilir ki, o, masaya otursun. Amma sözügedən silahlardan istifadə danışıqları tamamilə poza bilər. Ukrayna Rusiyanın mərkəzinə zərbələr endirə bilər ki, rəsmi Kreml də buna səssiz qalmayacaq. Onlar da NATO bazalarına zərbələrlə cavab verə bilər ki, bu da uzunmüddətli qarşıdurmaya gətirib çıxaracaq”.

Məlim Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa