Dünyanın ən zəngin 500 adamı öz sərvətlərindən cəmi 1,4 trilyon dollar itirib.
2 ildir davam edən Kovid-19 pandemiyası və son aylar Rusiya-Ukrayna müharibəsi bütün dünya ölkələrinin çətin günlər yaşamasına səbəb olur. Digər tərəfdən, Bloomberg -in siyahısına görə, dünyanın ən zəngin 500 adamı öz sərvətlərindən cəmi 1,4 trilyon dollar itirib. Elon Musk , Jeff Bezos , Mark Zuckerberg və Bill Gates də daxil olmaqla siyahıdakı insanlar qızıl, texnologiya və sənaye kimi resursların idarə olunmasında dünyada liderlik edirlər.
İT şirkəti Capgemini tərəfindən hazırlanan World Wealth hesabatına görə, dünyada artan inflyasiya və enerji xərcləri dünyanın ən zəngin adamları kimi tanınan insanların sərvətlərini demək olar ki, itirib.
Bloomberg Milyarderlər İndeksinə görə, ən zəngin insan olan 5 milyarder – Çanqpenq Zao, İlon Mask , Ceff Bezos , Mark Zukerbeq və Berbard Arnault bu il 345 milyard dollardan çox itirib.
Bundan başqa, hesabatda diqqət çəkən başqa məqamlar da var. Məsələn, Avropanın ardınca gələn Asiya-Sakit Okean regionunda varlıların cəmi 4,2 faizi artıb.
Hesabat həmçinin göstərdi ki, korona pandemiyası və monetar reaksiya iqtisadi elitaya və əsasən yaşadıqları yerə təsir edib.
Dünyanın ən zəngin insanları ABŞ, Yaponiya, Çin və Almaniyada yaşayır. Bu 4 ölkədə dünyanın ən zəngin insanlarının 64 faizi yaşayır.
Hesabatda həmçinin diqqət çəkilir: Qadınlar gələcək iki nəsil ərzində qlobal sərvətin 70 faizini miras alacaqlar.
www.yenicag.az