!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin müdafiə sənayesi sahəsinə təsirləri açıqlandı - HESABAT

!Reklam – Yazi

Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Dərnəyinin (SASAD) 2021 Performans Hesabatını dərc edib.

Yenicag.az xəbər verir ki, SASAD hesabatına görə, ixracda ən yüksək artım 224,86% ilə texniki xidmət və təmir xidmətlərində olub.

Dəniz sahəsində satışlar 94 faiz, quru nəqliyyat vasitələri 25 faiz, hərbi aviasiyada 30,88 faiz artım olduğu halda, silah-sursat-raket qrupunda artım 81,75 faiz olub. Ən çox satışın olduğu Amerikaya ixracat 47 faiz artaraq 897 milyon dollara, Avropaya ixracat 84 faiz artaraq 679 milyon dollara, Yaxın Şərq, Asiya, Afrika və Cənubi Amerikaya isə ixracat 28 faiz artaraq 1 milyard 649 milyon dollara çatıb.

2021-ci ildə alınan yeni sifarişlərin həcmi əvvəlki illə müqayisədə 38,89 faiz artaraq 8 milyard 576 milyon dollara çatıb. Hesabata görə, 2021-ci ildə 3,2 milyard dollar ixrac edən müdafiə sənayesi Rusiya-Ukrayna müharibəsi səbəbilə 2022-ci ildə artan əmtəə qiymətlərindən mənfi təsirlənəcək. Bu isə sektorda məşğulluğun azalmasına səbəb olur.

SASAD prezidenti Osman Okyay bildirib ki, pandemiyanın bitməsi nəticəsində şirkətlər öz qaynaqları hesabına güclənməyə başlamışdı. Lakin Rusiya ilə Ukrayna arasında davam edən münaqişə mühiti mallarda qiymət artımlarına səbəb olub. Bu vəziyyətin 2022-ci ildə müdafiə sənayesinə mənfi təsiri isə qaçılmazdır.

Gülşən Şərif

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv