Rusiya-Ukrayna müharibəsinin STRATEGİYASI DƏYİŞİR: Dinc şəhərlər HƏDƏFDƏ

media-hightechnic-468x90

“Rusiya və Ukrayna arasındakı müharibə artıq fərqli məcraya keçir və təhlükəli mərhələyə qədəm qoyur. Tərəflər döyüş meydanında istədiklərini əldə edə bilmədikləri üçün bir-birlərinin mülki şəhərlərinə zərbələr endirirlər”.

media-1631

Bu fikirləri siyasi şərhçi Xəyal Bəsirov Fransanın Ukrayna ərazisinə canlı qüvvə göndərmə ehtimalını Yenicag.az-a şərh edərkən bildirib.

O qeyd edib ki, bəzi Qərb dövlətləri prosesin uzanmasında maraqlıdır:

“Rusiya döyüş meydanında istədiyinə tam şəkildə nail ola bilmədiyi üçün mülki vətəndaşları hədəf alır. Həmçinin Ukrayna tərəfi də cəbhədəki uğursuzluqları kompensasiya etmək üçün Rusiyanın müxtəlif şəhərlərinə zərbələr endirir. Hesab edirəm ki, Böyük Britaniya və Fransa başda olmaqla bəzi Qərb dövlətləri prosesin uzanmasında maraqlıdır. Düzdür, müharibənin davam etməsi Avropa İttifaqına (Aİ) və Böyük Britaniyaya müəyyən zərərlər vurur. Qərb və NATO sanksiyalarla Rusiya iqtisadiyyatını çökdürməyə çalışdı. Amma Kremlin gəlirləri tam şəkildə Avropada mövcud olan bazar iqtisadiyyatı qaydaları ilə idarə olunmur. Rəsmi Moskvanın iqtisadiyyatı təbii sərvətlər, resurslar və digər amillər nəzərə alınmaqla formalaşır. Avropa da bunları nəzərə alaraq fərqli addımlar atmağa məcbur olur. Bütün bunlar fonunda Rusiyaya Qərblə açıq şəkildə mübarizə aparmaq sərf edir”.

Politoloq bunun səbəblərini də açıqlayıb:

“Rusiya Qərblə pərdəarxasında mübarizə aparır. Hazırda Moskvanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi yönündə danışıqlar getsə də, bəzi ölkələr bununla razı deyil. Bu məsələ hazırda ona görə aktuallaşıb ki, Qərb ölkələri ABŞ-nin Ukraynaya vəsait ayırmaması fonunda xərcləri qarşılaya bilmirlər. Dediyim kimi, Kremlə sərf edir ki, NATO və digər dövlətlərlə pərdəarxası mübarizə aparsın. Fransanın da zaman-zaman Ukraynaya canlı qüvvə göndərəcəyinə dair fikirlər səsləndirilir. Ola bilər ki, bu fikirləri Rusiya özü ortaya atıb. Onlar bununla NATO-nun prosesə qoşulmasını planlaşdırır. Lakin düşünmürəm ki, Avropa Ukraynaya canlı qüvvə göndərəcək. Əvvəlcə bununla onların xalqları razılaşmalıdır. Ancaq Fransa hazırda Ukraynaya ordu yeritmək iqtidarında deyil. Bütün hallarda Ukraynaya canlı qüvvə və silah yardımı olmasa, onların apardığı mübarizə nəticəsiz qalacaq və sonda rəsmi Kiyevin məğlubiyyəti ilə nəticələnəcək”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa