!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşında növbəti mərhələ: Əks-hücum əməliyyatlarına başlanılması... - MÖVQE

!Reklam – Yazi

“Rusiya ərazisində diversantların əməliyyat keçirməsi ilə Kiyev Moskvanın qırmızı xəttini də test etmiş oldu”.

Bu fikri Rusiyanın Baxmutu ələ keçirməsindən sonra yaranmış vəziyyəti, cəbhədə gözlənilən dəyişiklikləri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya Baxmutun götürülməsinin eyforiyasını yaşayır:

“Əməliyyatlar teatrında vəziyyət statik hala gəlib. Rusiya Silahlı Qüvvələri (SQ) hücumlarını davam etdirə bilməyəcək bir hala gəlib. Hazırda Rusiyanın çıxdığı hədlərdə taktiki atışmalarla günü başa vururlar.

Ukrayna əks-hücum əməliyyatları gözləntisindədir. Gözləntilər ondan ibarətdir ki, Baxmut əməliyyatları fonunda Rusiyanın əsas qüvvələrini sözü gedən istiqamətə cəmlədilər. Təxminən 2 korpusa qədər ehtiyat qüvvə hazırladılar, onlara müttəfiqlərin təlim mərkəzlərində hazırlıq keçdilər. Və artıq Ukraynaya qayıdıblar. 2 korpusa qədər qüvvə əks-hücum əməliyyatlarını həyata keçirməlidir.

Ukrayna siyasi olaraq bu qərarı vermir. Buna səbəb də hazırlıqlar tamamlanmayıb. F-16 qırıcıları hələ ki dəstəyə gəlməyib. Ukrayna bilir ki, əks-hücum əməliyyatları keçirəcəksə, bu uğursuz olmamalıdır. F-16-lar olmasa əməliyyat strateji məqsədlər baxımından uğursuz olar. Rusiya artıq edə biləcəyini birinci eşalon bölmələri ilə edib. Rusiya çalışacaq çıxdığı hədlərdə möhkəmlənsin. Rusiya Baxmutun götürülməsinin eyforiyasını yaşayır. Rusiya prezidenti də qruplaşma rəhbərini təbrik etdi. 298 günə bir şəhərin götürülməsini böyük uğur sayırlar. Müharibə tarixində belə şey olmayıb. Heç Stalinqrad belə olmamışdı.

Yeni forsmajor hal yarandı. Belqradda dversiya xarakterli əməliyyatlar baş tutdu. Bu o deməkdir ki, əməliyyatlar həm də Rusiya ərazisinə keçib. Ukrayna həmin əməliyyatları öz üzərinə götürməsə də, Ukrayna xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində baş tutub. Müharibənin əsas müqəddaratını həll edən şəxslərdən biri də Ukrayna kəşfiyyat idarəsinin rəhbəridir.

Əməliyyatların Rusiya ərzisinə keçməsində Ukraynanın əsas məqsədi Rusiya xalqını oyadaraq təhlükənin onların ərazisinə keçdiyini göstərməkdir. Rusiyanın Müdafiə Nazirliyi elan etdi ki, 70-ə yaxın diversant sıradan çıxarılıb. Bu az rəqəm deyil. Bu, o deməkdir ki, Rusiyanın ərazisinə keçə bilirlərsə, Rusiya Federal sərhəd və təhlükəsilik xidmətlərinin işində boşluqlar yaranıb. Rusiya ərazisinə keçməklə Ukrayna bu ölkənin qırmızı xəttini də test etmiş oldu. Rusiya deyirdi ki, əgər müharibə onun ərazisinə keçsə taktiki nüvə silahından istifadə edəcək. Ukrayna bunu test etdi və Rusiya da bunu qəbullanmış oldu.

Növbəti mərhələdə əməliyyatlar teatrında baş verəcək məsələ Ukraynanın əks-hücum əməliyyatlarına başlamasıdır. Bu yeni reallıqlar yaradacaq. 1991-ci ilin sərhədlərinə çıxmaq üçün bu əməliyyatlar 2 il vaxt apara bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv