!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 22-ci GÜNÜ: "Partizan" hərəkatı tam zirvəyə çatacaq - TƏHLİL

!Reklam – Yazi

İyirmi iki gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 445 ədəd, PDM və ZTR-lər – 1 400 ədəd, artilleriya sistemləri – 205 ədəd, Hava hücumundan müdafiə sistemləri – 64 ədəd, təyyarələr – 100 ədəd, helikopterlər – 108 ədəd, avtomobil texnikası – 1 100 ədəd, PUA-lar – 12, hərbi obyekt – 205 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 305 ədəd, zenit-raket kompleksləri – 200 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 875 ədəd, ZTR-lər – 858 ədəd, artilleriya sistemləri – 450 ədəd, hava hücumundan müdafiə sistemləri – 88 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 050 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 505 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 115 ədəd, zenit-raket kompleksləri – 128 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, Rusiya Ukrayna müharibəsinin 22-ci günü tərəflərin qoşunlarının operativ və taktiki səviyyədəki vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Müharibənin 22-ci günü Ukrayna ordusunun hava hücumundan müdafiə bölmələrinin günü kimi yadda qaldı. Belə ki, Ukrayna Hava Hücumundan Müdafiə Qoşunları Rusiyanın üç Su-30SM qırıcısını, bir Su-34 qırıcı bombardmançısını, bir naməlum tipli təyyarəni, iki helikopteri və bir operativ-taktiki PUA-nı sıradan çıxardı.

Əməliyyatlar teatrında əsas gərginlik cənubda – Mariupol bölgəsində davam edir.

Sahədə artilleriya və hava hücümundan müdafiə bölmələrinin döyüşünü müşahidə etdik. Ukrayna artilleriyaçıları Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin 35-ci ordusunun ön komanda və təminat məntəqələrinə atəş zərbələri endirdi. Ukrayna ordusu Pokrovskoye kəndini azad edərək rus hərbi kolonunu sıradan çıxardı. Xarkov vilayətinin Kamenka kəndində yerləşən Rusiya ordusunun 477-ci tank diviziyasının iki alayı mühasirəyə alınaraq məhv edilib. Ukrayna ordusu Rusiya hərbi eşalonunu Xerson vilayət ərazisində, Nikolayevski yolunun üzərində – Posad-Pokrovski kəndləri ərazisində mühasirəyə salaraq məhv edib. Hər iki kənd Rusiya ordusundan azad edilib.

Rusiya Kiyev, Xarkov vilayət ərazilərini kütləvi raket-artilleriya zərbələrinə məruz qoymağa davam etdi. Rusların Kiyev, Xarkov, Donetsk kimi böyük şəhərlərin mühasirəsi və ələ keçirilməsi üçün şəxsi heyət və texnika baxımından ciddi komplektləşməyə ehtiyacı var və bunu etmək üçün çox çətinlik çəkəcəklər. Kiyev istiqamətinə əlavə 16 tabor-taktiki qruplaşmasının cəlb edilməsi ilə Kiyev şəhərini təslim edilməyə məcbur edəcəkləri inandırıcı görünmir. Quru Qoşunlarında və Hərbi Hava Qüvvələrində itkilərin sayı durmadan artır. İtkilərin yerini hazırlıqlı döyüşçülərlə doldurmaq elə də asan olmayacaq.

Ukrayna ordusu rusların hücum qruplaşmasından fərqli olaraq ruhlanmış görünür. Ukrayna müdafiə qüvvələri yaxşı əlaqələndirilmiş idarəetmə sisteminə malikdir. Kəşfiyyat məlumatları və rus qoşunlarının lokasiyası barədə müfəssəl məlumatlarla təmin olunurlar. Ukraynalılar əməliyyatlar teatrını görərək döyüşür, ruslar isə xaotik və kor-korənə döyüşürlər. İtkilər də bundan yaranır.

Bütün böyük şəhərlər də daxil olmaqla Ukrayna ərazisinin böyük əksəriyyəti Ukraynanın nəzarətindədir. Bununla yanaşı, ukraynalılar xüsusi əməliyyatlarla rusları yormağa və bezdirməyə davam edəcəklər. Ərazinin zirehli texnikanın hərkətinə ciddi maneə yaratması baxımından “partizan” hərəkatının tam zirvəyə çatacağını düşünürəm. Rus qoşunları yalnız nəqliyyat yolları ilə hərəkət etməyə məcbur olacaqlar, ukraynalılar isə asanlıqla pusqular quraraq onları məhv etməyə davam edəcəklər. Tələsik müdafiəyə keçməyə cəhd göstərən bölmələr də gizlənə bilmədiklərindən asan hədəfə çevrilir. Bir də artıq havadan dəstək almağın çətinləşdiyini bura əlavə etsək, rusların dözülməz və çarəsiz hala gələcəyini müşahidə edəcəyik. Nə irəliləyə bilirlər, nə də geriyə çəkilməyə əmr alırlar. Sanki əməliyyat bölgələrində ruslar Ukrayna Xüsusi Təyinatlı Qüvvələri və “kombatant”lar tərəfindən məhv olunmağa tərk ediliblər.

Suruyadan muzdluların da gəldiyini müşahidə etmədik. Bu plan da iflas oldu. Rusiyanın Gürcüstanda, Cənubi Osetiyada, Xankəndidə olan “sülhməramlı”larını Ukraynaya göndərməsi operativ ehtiyatlarının tükənməsindən xəbər verir. Ehtiyatlar tükənibsə, müharibə necə davam edə bilər? Bir də bura şəhərlərə, meşələrə və yollara səpələnmiş qoşunların təminatsızlığını əlavə etsək, rəsm tam tamamlanmış olar.

Yəqin ki, real vəziyyət barədə Rusiya Baş Qərargahı məlumatsız deyil. Lakin hərbi rəhbərliyin əməliyyatlar barədə Kreml rəhbərliyinə həqiqəti məruzə etməsi onlar üçün çox təhlükəli ola bilər. Bu səbəbdən vaxtı uzatmağı ən uyğun variant hesab edəcəklər. Artıq müharibənin dayandırılması və bitməsi də onlardan asılı deyil. Artıq buna qərar verəcək tərəfin Kiyev rəhbərliyinin olduğunu düşünürəm. Çünki taktiki səviyyədə rus qoşunlarının hücumlarının dayandırılması, xüsusi əməliyyatların uğurla keçirilməsi, hava hücumuna qarşı dirəniş göstərə bilməsi, onları qələbə ab-havasına soxmuş kimi görünür. Onların da müharibənin sonlanması üçün öz tələbləri var. Bu tələblər isə ruslar tərəfindən qəbul edilən deyil. Ona görə də düşünürəm ki, savaş taktiki səviyyədə lokal əməliyyatlarla davam edəcək. Ukrayna tərəfinin bu taktikası sahədə hələ ki özünü doğruldur. Ruslar topyekun müharibənin müqəddəratını həll edə biləcək ciddi əməliyyatlar keçirə bilmir. Rusiya ordusunun itkiləri hərbi əməliyyatları davam etdirmək iradəsini yenidən dəyərləndirməyə məcbur etməli idi. Bu baş vermir və sanki itkilərin sayına və həcminə qatlanacaqlarına işarədir. İqtisadiyyatda da hər gün aldığı yaralar Kreml rəhbərliyinin daxili siyasətə yönəlik zamanını daha çox almağa başlayır. Putinin hər şeyin planlandığı kimi getdiyini deməsi və bunun əməliyyatlar teatrında baş verənlərlə üst-üstə düşməməsi cavabı olmayan çoxlu suallar yaradır.

Eyni zamanda, rəsmi Moskvanın BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Məhkəməsi – red.) Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarını diqqətə almayacağını açıq bildirməsi müharibənin yaxın zamanda bitməyəcəyinə işarədir…”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv