!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 95-ci GÜNÜ: İki tərəf də yorğundur, lakin müharibə davam edir - TƏHLİL

!Reklam – Yazi

95 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 500 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 262 ədəd, səhra artilleriyası və minaatanlar – 550 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 225 ədəd, HHM sistemi – 90 ədəd, təyyarələr – 212 ədəd, helikopterlər – 170 ədəd, qanadlı raket – 116, PUA – 375 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 309 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 000 ədəd, səhra artilleriyası və minaatanlar – 1 722 ədəd, YARS – 447 ədəd, HHM sistemi – 325 ədəd, təyyarələr – 183 ədəd, helikopterlər – 129 ədəd, PUA – 1 049 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 95-ci gündə tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Gün ərzində Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli raket sistemləri ilə Krivoy Roq ərazisində Ukrayna ordusunun hərbi silah və sursat arsensalını məhv etdi. Yüksək dəqiqlikli hava raket sistemləri ilə Ukrayna ordusunun üç komanda idarəetmə məntəqəsi, atəş mövqeyində iki artilleriya batareyası, Nikolayevka yaxınlığında “OSA-AKM ZRK”sının buraxılış qurğusu, Boqoslavka rayonunda hədəf aşkar etmə stansiyası, Krasnoqorovka, Severodonetsk yaxınlığında beş silah anbarı, canlı qüvvə yerləşən 53 ədəd mövqeyi, toplam 300 nəfər şəxsi heyəti, 50 ədəd zirehli texnikası məhv edildi. Novoqrivorovka rayonunda Ukrayna ordusunun bir ədəd SU-25 qırıcı təyyarəsi və dörd ədəd PUA-sı vuruldu.

Rusiya qoşunları Severodonetsk çayını keçmək üçün yeni cəhdlər planlaşdırır. Bunun üçün müəyyən ərazilərdə döyüş sursatı, yanacaq və sürtkü materialları ehtiyatları yaradılıdı. Qondarma LDR-in xalq milis qüvvələri Severodonetskin kənarında möhkəmləndi.

Mərkəzi Hərbi Dairə komandanı general-polkovnik Aleksandr Lapin Krasnıy Lymanın nəzarətə götürülməsində fərqlənən hərbçilərə mükafatlar təqdim etdi.

Gün ərzində Ukrayna qoşunları Luqansk vilayətinin Popasnoe istiqamətində rus qoşunlarını iki kilometr geriyə sıxışdırdı. Severodonetsk Ukraynanın nəzarətində qaldı. Lisiçansk-Baxmut hədlərində vəziyyət təhlükəli olaraq qaldı.

Severodonetsk, Baxmut və Kuraxovski istiqamətlərində aktiv döyüşlər davam etdi. Rusiya qüvvələri Lisiçansk və Severodonetsk bölgələrində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini mühasirəyə alma cəhdlərini davam etdirdi.

Slavyansk istiqamətində Rusların Apiari-Boqorodiçne istiqamətindəki hücumları uğursuz oldu. Ukrayna qoşunları Krivoy Roqun cənubunda uğurlu əks-hücum həyata keçirdi. Rusların 63 canlı qüvvəsini, 19 ədəd T-72 tankını, “Qrad” reaktiv yaylım atəş sistemini məhv etdilər. Bir SU-35 təyyarəsini vurdular.

Rus Ordusu Luqansk, Severodonetsk ərazisindən 2 kilometr geri otuzduruldu. Ərazidən keçən Luqansk-Baxmut avtomagistralı Ukrayna ordusunun nəzarətinə keçdi. Severodonetsk ərazisində Ukrayna ordusu Rusiya ordusunun üç tabor taktiki qrupu qədər qüvvəsini mühasirəyə aldı. Hazırda ərazidə şiddətli döyüşlər davam edir. Xerson vilayətinin Kostromka yaşayış məntəqəsinin ərazisi tamamilə nəzarətə götürüldü. Zaporojets istiqamətində Ukrayna ordusunun bölmələri aviasiya, artilleriya zərbələrini intensivləşdirdi. Eyni zamanda, Ukrayna bölmələri əks-hücum əməliyyatı keçirməyə cəhd etdi. Bu istiqamətdə şiddətli döyüşlər davam edir. Ukrayna Silahli Qüvvələri Xerson istiqamətində də əks hücum əməliyyatı keçirməyə cəhd etdi. Bu istiqamətdə Rusiya ordusunun KA- 52 helikopteri vuruldu.

ABŞ ordusu Ukraynaya silah tədarükündən sonra arsenalını doldurmaq üçün “Stinger” daşınabilən hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün “Raytheon Technologies” ilə 624,6 milyon dollarlıq müqavilə imzalayıb. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Ukraynaya 1,4 minə yaxın “Stinger MANPADS” göndərilib. Pentaqon “Stinger MANPADS”dan əlavə, Ukraynaya 5 500-dən çox tank əleyhinə idarə olunan “Javelin” raketləri göndərib. Görünən odur ki, Ukraynanın ehtiyacı olan silah arsenalı artan templə daxil olmağa başlayıb.

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfər etdi və burada müdafiəçiləri mükafatlandırdı. Bunlar şəxsi heyətin motivasiyasını artırmağa hesablanmış addımlardır. Siyasilər qoşunların yorulduğunun fərqindədirlər.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynada döyüşlərə yollamaq üçün “müqavilə imzalamaq” istəyənlərə tətbiq edilmiş yaş məhdudiyyətini ləğv etdi. 2-ci Qarabağ müharibəsində Ermənistan da bunu etmişdi.

Kremlin Ukraynada apardığı müharibə Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarını tükədir. Buna görə də Rusiyanın Ukrayna ilə yanaşı, Suriyada varlığını davam etdirməsi çətinləşir. Kreml Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib.

Rusiyanın Suriyadakı qoşunlarının sayını minimuma endirməsi o anlama gəlir ki, bölgədə İran və Türkiyənin aktivliyi artacaq. Ehtimal edilir ki, Suriyadakı nisbətən sakit dövrə də son qoyulacaq. Artıq Türkiyə hərbi əməliyyatlar planladığını bəyan edib. Düzdür, bunun adı antiterrordur, ancaq bütün hallarda bölgədə kimin daha çox söz sahibi olması üçün ciddi mübarizə gedəcək.

Siyasi və hərbi güc balansının kimin lehinə dəyişə biləcəyini, əməliyyatlar teatrında tərflərin hansının daha üstün olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv