!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 96-cı GÜNÜ: NATO müharibənin uzanmasında maraqlıdır - TƏHLİL

!Reklam – Yazi

96 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 503 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 265 ədəd, səhra artilleriyası və minaatanlar – 552 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 227 ədəd, HHM sistemi – 93 ədəd, təyyarələr – 212 ədəd, helikopterlər – 170 ədəd, qanadlı raket – 116, PUA – 378 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 312 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 005 ədəd, səhra artilleriyası və minaatanlar – 1 725 ədəd, YARS – 450 ədəd, HHM sistemi – 327 ədəd, təyyarələr – 183 ədəd, helikopterlər – 129 ədəd, PUA – 1 049 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 96-cı gündə döyüşlər taktiki səviyyədə, əsasən, Xarkov, İzyum, Lyman, Severodonetsk, Lisiçansk, Popasnoe, Xerson, Zaporojye, Baxmut və Kuraxovski yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Gün ərzində döyüşlər maksimum intensivliyə çatdı. Rusiya komandanlığı bütün qüvvələrini Donetsk və Luqansk vilayətlərində Ukrayna qoşunlarını mühasirəyə almağa yönəltdi. Hal hazırda ən çətin vəziyyət Severodonetsk, Baxmut və Kuraxovski istiqamətlərindədir.

Yujnobuqski istiqamətində Rusiya qoşunları Posad-Pokrovski, Osokorovka, Novovorontsovka, Blaqodatnıy, Partizanski ərazilərində mülki infrastruktura hücum etdilər. Severodonetsk istiqamətində onlar Severodonetsk, Toşkovka və Ustinovka yaxınlığında hücum əməliyyatları apardılar. Baxmut istiqamətində döyüşlər Kamışevax, Novoluqanskoye və Berestovye yaşayış məntəqələri ərazilərində davam etdi. Donetsk istiqamətində ruslar Novoselivka və Lisiçansk ərazilərinə hava zərbələri endirdilər. Raketlər Soledar və Severskə düşdü.

Ukraynalı müdafiəçilərin uğurlu hücumu zamanı itki verən ruslar Xerson vilayətinin Nikolayevkasından geri çəkildilər. Bu, Rusiya Federasiyası Silahlı Qüvvələrinin digər bölmələrinin hərbçiləri arasında panikaya səbəb oldu.

Eyni zamanda, Rusiya qoşunları Nikolayev şəhərinin yaşayış məntəqələrini artilleriyadan atəşə tutdu. 2 dinc sakin həlak oldu, 9 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Bu gün Ukrayna hərbçiləri hərbi komandanlıq üçün xüsusi olaraq hazırlanmış rusların “Mİ-35MS” helikopterini vurdu. Bu helikopterin dəyəri təxminən 36 milyon dollardır.

Sumı rayonu qadağan olunmuş raketlərlə atəşə tutuldu. Xarkovda “Azov” Xüsusi Əməliyyat Qüvvələrinin yeni alayının yaradılması rəsmən elan edildi. 81-ci briqadanın əsgərləri Severodonetskdə rusların hücum qruplaşmasına ciddi itkilər verdirdi.

Bu gün Rusiya sərhədə əlavə qüvvələr, artilleriya və raket qurğuları cəlb etməyə davam etdi. Rusiya Müdafiə Nazirliyinin çoxlu sayda şəxsi heyəti, artilleriya və reaktiv yaylım atəşi sistemləri şəklində əlavə silahlar artıq Kursk vilayətinə gətirilib.

Luqansk vilayətində rusların atdığı atəş nəticəsində evakuasiya maşınında olan fransız jurnalist öldürüldü.

Bu gün Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığında prezidentlər iki ölkə arasında mövcud münasibətləri, bölgədəki və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Türkiyə Prezidenti Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təklif etdi. Ərdoğanın daha sonra Ukrayna Prezidenti Zelenski ilə də telefon danışığı baş tutub. Ərdoğan Zelenskiyə də İstanbulda görüş təklif edib. Tərəflərin sonuncu görüşü də Türkiyədə baş tutmuşdu. Ancaq heç bir nəticə əldə edilməmişdi. Düşünürəm ki, indiki məqamda danışıqlar ciddi nəticə verməyəcək.

Bundan əlavə, Rusiya rublla ödəniş etmədiyi üçün Hollandiyaya qaz verilişini dayandırıb. Avropa ölkələri isə Rusiyadan neft alışını mərhələli şəkildə dayandırmaqla bağlı qərar qəbul edib. Görünən odur ki, tərəflər hələ də var gücləri ilə bir-birilərini sıxmaq istəyirlər.

Bu gün Vilnüs sammitində NATO Baş katibinin müavini Mirça Coana bildirib ki, NATO artıq Şərqi Avropada öz qüvvələrini yerləşdirməkdən çəkinmək üzrə keçmiş öhdəliklərə bağlı deyil, çünki Rusiya müqavilələri pozub. Ceoana vurğulayıb ki, indi şərq cinahda güclü mövqeyə malik olmaq və NATO ərazisinin hər kvadrat qarışının 5-ci maddə və müttəfiqlər tərəfindən qorunmasını təmin etmək üçün heç bir məhdudiyyət yoxdur.

Bu onu göstəririr ki, NATO vəziyyətin sonlanmasına dair addımlar atmaqda maraqlı görsənmir. Bu səbəbdən döyüşlərin hələ bir müddət davam edəcəyini gözləməliyik.

Düşünürəm ki, artıq tərəflər çox yorğundurlar. Ordular siyasilərdən müharibənin sonlanmasına dair qərarlar gözləyirlər.

Siyasilərin əməliyyatlar teatrındakı vəziyyəti dəyişə biləcək qərarları verib-verməyəcəklərini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv