!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 98-ci GÜNÜ: Zaman keçir, həlledici döyüşlər başlayacaq - TƏHLİL

!Reklam – Yazi

98 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 510 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 270 ədəd, səhra artilleriyası və minaatanlar – 556 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 232 ədəd, HHM sistemi – 96 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 173 ədəd, qanadlı raket – 117, PUA – 380 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 317 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 010 ədəd, səhra artilleriyası və minaatanlar – 1 730 ədəd, YARS  – 456 ədəd, HHM sistemi – 330 ədəd, təyyarələr – 185 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 052 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 98-ci gündə tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Bu gün Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətindən Xerson vilayəti istiqamətində əks-hücum keçirdi. Xerson vilayətində 20-dən çox yaşayış məntəqəsi nəzarətə götürüldü. Əks-hücuma qarşı çıxmaq üçün ruslar İnqulets çayı üzərindəki iki körpünü partlatdı.

Bu gün Rusiya Federasiyasının yüksək dəqiqlikli raketləri Ukrayna qoşunlarının beş komanda məntəqəsini və canlı qüvvə ilə hərbi texnikanın cəmləşdiyi 29 ərazini, ordu aviasiyası isə daha 61-ni vurdu. 140-dan çox şəxsi heyət, o cümlədən 9 tank və piyada döyüş maşını, bir “Qrad” batareyası, altı artilleriya və minaatan, 13 texnika məhv edildi.

Rusiya qoşunları Severodonetskin yarısından çoxunu nəzarətə götürdü. Luqansk vilayətinin rəhbəri açıqlama verib ki, Severodonetsk istiqamətində Ukrayna ordusunun 80 faizi sıradan çıxarılıb və bölgənin taleyi sual altındadır. Vilayət rəhbərinin açıqlaması artıq o istiqamətdə Rusiyanın necə qərarlı olduğunu göstərir və hiss olunur ki, ruslar istədiklərinı almaqda qərarlıdırlar.

Bu gün Rusiya Federasiyasında 58-ci rus ordusuna komandanlıq etmiş general-polkovnik Mixail Zusko həbs edildi. Həbsə səbəb onun komandanlıq etdiyi qoşunların Nikolayevə uğursuz hücumu olub. Bundan əlavə, o, Rusiya qoşunlarının mövqelərini Ukraynaya təslim etməkdə ittiham olunur.

Ukrayna qoşunları əməliyyatlar teatrında ruslar tərəfindən döyüşən “Vaqner”in elit bölmələrini sıradan çıxarıb.

Müharibə başlayanda Kreml güman edirdi ki, ruslar Ukraynanı sürətlə işğal edəcək, sonra ölkəni tam nəzarətə götürəcəklər. Onlar indi görür ki, bu baş tutmadı. Kremlin öz strategiyasını dəyişdiyini və uzun vədəyə hesabladığını görürük. Son zamanlar əməliyyatlar teatrındakı vəziyyət bunun nəticəsidir. Əgər müttəfiqləri müharibənin Kremlin istəyinə uyğun sonlanmasını istəmirlərsə, uzun vədədə onlar Ukraynanı bütün hərbi vasitələrlə dəstəkləməlidirlər.

Bu gündən etibarən “Qazprom” Almaniya və Danimarkaya qaz nəqlini dayandırır. Rusiya artıq özü özünə sanksiya tətbiq edir.

Bu gün Co Bayden qeyd etdi ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərməyə və Ukraynaya maliyyə dəstəyi verməyə davam edəcək. Ağ Ev Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır. Bura raket sistemləri də daxil ediləcək.

Almaniyanın xarici işlər naziri bu gün dedi ki, əgər Kreml Donbasda möhkəmlənməyə nail olsa, Avropada sülh olmayacaq. Əslində, bu, Ukrayna ərzisində gedən müharibəyə Qərbin ümumi yanaşmasını əks etdirir.

Bu gün Vladimir Zelenski Rusiyaya hücum etməyəcəklərini bildirdi.

Amerikanın Ukraynaya tədarük etdiyi YARS-nin Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya Federasiyası ərazisinə hücum üçün istifadə etməyəcəyi görsənir. Vladimir Zelenski bildirdi ki, Ukrayna on minlərlə qurban tələb edərsə, müvəqqəti işğal oluanan əraziləri azad etməyə tələsməyəcək, lakin lazımi silahları gözləyəcək.

Görünən odur ki, müharibənin taleyini Ukraynaya tədarük edilən hərbi dəstək həll edəcək.

Müharibənin fonunda Rusiya ilə Türkiyə Ukrayna limanlarının minalardan təmizlənməsi yönündə anlaşma əldə ediblər. Rusiya tərəfi rəsmi olaraq bildirib ki, qida təhlükəsizliyinə töhvələrini verəcəklər. Əslində, müharibə nəticəsində Qara dəniz mina sahəsinə çevrilib. Hətta boğazlarda belə minalar aşkarlanıb. Müharibə bitsə belə, mülki gəmilər üçün təhlükə qalacaq. Ona görə də indidən təmziləmə işlərinə satart verilir.

98-ci gündəki siyasi və hərbi vəziyyəti analiz edəndə görürük ki, Rusiya qarşısına qoyulan tapşırıqları bu yardımlar gələnə qədər həll etmək istəyir. Ukrayna isə dəstəyin gəlməsi üçün vaxtı uzadır.

Vaxtın kimin üçün işlədiyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv