Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1125-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 659 təyyarəsi, 283 helikopteri, 48 312 PUA-sı, 601 zenit-raket kompleksi, 22 471 tank və digər zirehli texnikası, 1 530 reaktiv yaylım atəş sistemi, 22 946 artilleriya və minaatanı, 33 323 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.