Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1294-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 666 təyyarəsi, 283 helikopteri, 82 675 PUA-sı, 628 zenit-raket kompleksi, 25 022 tank və digər zirehli texnikası, 1 590 reaktiv yaylım atəş sistemi, 29 410 artilleriya və minaatanı, 41 374 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.