"Rusiya və ABŞ qarşısına məqsəd qoyublar ki, Avropanı çökdürsünlər" - ŞƏRH

media-hightechnic-468x90

“Rusiya və ABŞ qarşısına bir məqsəd qoyublar ki, Avropanı çökdürsünlər”.

Bu sözləri ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketlərini verməyə qismən razılıq verməsi və bunun gözlənilən əks effektini Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, Tramp “Tomaqavk”ları verəcəm deyərək təzyiq edir:

“Trampın hansısa ifadəsi bəzən siyasi zəlzələyə bənzəyir. Ancaq, hələ ki dağıdıcı nəticələrə gətirib çıxarmır. Tramp təzyiq etmək üçün “Tomaqavk” raketlərini verəcəyini bəyan edir. Çünki o raketləri verən, çoxdan verərdi. Bu tip məsələlər heç vaxt sosial platformalarda müzakirə olunmur. Çünki bu silahla, sursatla bağlıdır. Hazırda Trampla Putinin söz atışması uşaqların “vuraram ha” davasına bənzəyir. Mənə bəzən elə gəlir ki, onlar bunu edərək Rusiya Ukrayna müharibəsində sülhə mane olanlara da mesaj verirlər”.

Ekspert hesab edir ki, Putinlə Trampın Alyaskadakı görüşü adi bir görüş olmayıb:

“Orada onlar əsas məsələlərlə bağlı müəyyən razılığa gəliblər. Sadəcə ikisi də Ukrayna məsələsində qarşı-qarşıya olan tərəf kimi məsələni manipulyasiya edirlər. Rusiya və Ukrayna arasında sülh müqaviləsinin bağlanılmasında Avropanı ən böyük maneə kimi görürlər. Avropanın müəyyən şəkildə mövqeyini dəyişdirməyə yönəldə bilər. Tramp deyir ki, silahı Avropaya satacaq. Avropa isə o silahı alandan sonra istəyər özündə saxlayar, istərsə də Ukraynaya verər.

İstər Bayden dönəmində, istərsə də Tramp dönəmində ABŞ-nin əsas məqsədi Avropanı əzməkdir. Avropa ilə Rusiya arasında elə bir proses getməlidir ki, onların Rusiya ilə münasibətləri kökündən pisləşsin və bərpasına 10 illər lazım olsun. Bu müddət ərzində də Avropa ABŞ-dən asılı olsun. Rusiya və ABŞ qarşısında bir məqsəd qoyublar ki, Avropanı çökdürsünlər.

“Tomaqavk”larla ola bilsin Rusiyanın obyetklərinə zərbələr endirilsin. Ancaq bu o deməkdir ki, Rusiya da strateji raketlərindən istifadə edəcək”.

Səxavət Məmməd

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa