Rusiya və Belarusla sərhəddən Latviyaya giriş ödənişli oldu

media-hightechnic-468x90

Rusiya və Belarusla sərhəddən Latviyaya giriş ödənişli olub.

Yenicag.az xəbər verir ki, yeni qaydalar oktyabrın 15-dən qüvvəyə minib.

Dəyişikliyə əsasən, bundan sonra keçid məntəqələrində şəxsi növbəni əvəz edən elektron növbələrdən istifadə olunacaq. Girişə yalnız bir avtomobil üçün 9,3 avroya (təxminən 900 rubl) başa gələcək əvvəlcədən qeydiyyatla icazə verilir.

Rezervasiya səyahətə 30 gün qalmışdan gec olmayaraq edilməlidir. Ancaq əvvəlcədən qeydiyyatdan keçməmisinizsə, bunu səfərdən dərhal əvvəl edə bilərsiniz. Bundan sonra sistem sizə növbədə ən yaxın mövcud yeri təklif edəcək.

Qeyd edək ki, Latviya bundan əvvəl biometrik məlumatları olmayan Rusiya pasportlarının tanınmasını dayandırıb./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa