!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya və Ermənistan anlaşmanın şərtlərinə riayət etmək niyyətində deyil” – Yusif Bağırzadə

!Reklam – Yazi

“Rusiya sülhməramlılarının atdığı addımlar 10 noyabrda imzalanan bəyanatın şərtlərinin birbaşa pozulmasıdır”.

Bu sözləri dünən Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı “sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi”ni yeniləməsinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin sözlərinə görə, sülhməramlıların xəritə təxribatı Rusiyanın real məqsədi ilə bağlı ciddi suallar doğurur:

“Rusiyanın cızdığı yeni xəritədə Xocavənd rayonunun Hadrut qəsəbəsinin iki kəndi olan Köhnə Tağlar və Çaylaqqala sülhməramlıların nəzarətində olan ərazilər kimi qeyd olunub.

Lakin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan müqaviləyə əsasən, həmin kəndlər birbaşa Azərbaycanın nəzarəti altında olan ərazilər kimi tanınıb.

Təəssüf ki, Rusiya tərəfi tez-tez yeni xəritələr dərc edir. Yeni xəritənin dərci ilə bağlı bildirilir ki, guya qeyd olunan iki kənddə Ermənistan silahlı qüvvələrinə məxsus bir neçə qrup yolunu azıb və buna görə də rus sülhməramlılarına müraciət olunub. Müraciətdən sonra həmin kəndlərdəki erməni qruplaşmasına aid olan hərbçilər rus sülhməramlıları tərəfindən çətin vəziyyətdən çıxarılıb.

Əslində isə reallıq fərqlidir. Belə ki, sözügedən kəndlərdə olan erməni qruplaşmaları tərəfindən Azərbaycan əsgərlərinə hücum təşkil olunub və nəticədə 3 əsgərimiz şəhid olub.

Rusiya tərəfinin atdığı addımlar 10 noyabrda imzalanan bəyanatın şərtlərinin birbaşa pozulmasıdır. Görünür, Ermənistan və Rusiya müqavilənin müddəalarına əməl etmək niyyətində deyil. Ona görə də həmin ərazilərdə Azərbaycan tərəfindən əməliyyatların aparılması labüddür.

Bu məsələnin Rusiya mediasında obyektiv işıqlandırılmadığı müşahidə olunur və hazırlanan materiallarda Azərbaycan Ordusu birmənalı şəkildə ittiham edilir. Rusiyanın göstərdiyi bu münasibət qəbuledilməzdir”.

Gülşən Şərif

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv