Rusiya və İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran HDQ-in komandanı Hüseyn Hənzadi məlumat verib.
Məlumata görə, təlimlərin əsas məqsədi Xəzəryanı ölkələr arasında strateji və taktiki əməkdaşlığı yüksəltməkdir.
Təlimlərin keçiriləcəyi tarix barəsində dəqiq məlumat verilməyib.