Rusiya neft hasilatının azaldılması barədə Vyana sazişi çərçivəsində götürdüyü öhdəliklərə tam əməl edib.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, ötən gün Rusiya gündəlik neft hasilatının həcmini 298 min barel azaldıb.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.
Saziş çərçivəsində Rusiya isə neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik götürüb.
Yeniçağ.Az
www.yenicag.az