Rusiya XİN-dən Ermənistan-Azərbaycan Sülh Platformasına münasibət

media-hightechnic-468x90

“Biz münaqişələrin həlli ilə bağlı istənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Ermənistan-Azərbaycan Sülh Platformasının münaqişənin həllinə verə biləcəyi töhfə ilə bağlı suala cavabında deyib.

M. Zaxarova bildirib ki, münaqişə tərəflərinin ictimai dairələrində hər kəs tərəfindən qəbul ediləcək kompromis qərarın sülh yolu ilə axtarışına alternativin olmadığını aşılamaq lazımdır: “İstənilən təşəbbüs ilk növbədə buna yönəlməlidir. Biz bu konkret missiyanın qarşısına qoyulan istənilən təşəbbüsü dəstəkləyirik”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600