Rusiya XİN-dən QƏRAR: Aİİ ölkələrindən miqrant ailələrinin ölkəyə gətirilməsi qadağan edilə BİLƏR

media-hightechnic-468x90

 

Rusiya Xarici İşlər Nazirliyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin miqrantlarının ailələrinin Rusiya ərazisinə gətirilməsinə qoyula biləcək qadağaya qarşı çıxır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan “RİA Novosti”yə müsahibəsində bildirib.

Ağasandyan qeyd edib ki, Aİİ çərçivəsində bağlanmış müqaviləyə əsasən, bu ölkələrin vətəndaşları üçün Rusiyada xüsusi miqrasiya rejimi tətbiq olunur və yeni təklif edilən məhdudiyyətlər bu müqavilə ilə ziddiyyət təşkil edir.

Rusiya Dövlət Dumasında bəzi deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılan qanun layihəsi Rusiya vətəndaşı olmayan əmək miqrantlarının ailə üzvlərini ölkəyə gətirmə hüququnu məhdudlaşdırmağı nəzərdə tutur. Qanun layihəsi əsasən digər ölkələrdən gələn əməkçi miqrantlara yönəldilsə də, Ağasandyanın fikrincə, bu məhdudiyyətlər Aİİ ölkələrinin vətəndaşlarına şamil edilməməlidir.

“Son bir il ərzində Rusiyada miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi və prosedurların tənzimlənməsi istiqamətində fəal işlər aparılır. Bununla bağlı ictimai sahədə müxtəlif, bəzən ziddiyyətli təşəbbüslər meydana çıxır. Amma mənim bildiyimə görə, xarici ölkələrdən olan bütün əməkçi miqrantların ailələrinin Rusiyaya girişinə birbaşa qadağa qoyulması məsələsi gündəmdə deyil”, – deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Liberal Demokrat Partiyasının lideri Leonid Slutskinin rəhbərliyi ilə Dövlət Dumasına təqdim olunan qanun layihəsi məhz bu qadağaları təklif edir. Layihənin müzakirəsi noyabr ayında planlaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600