!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN: “The Guardian”-ın yaydığı məlumatlar saxtadır  

!Reklam – Yazi

Böyük Britaniyanın “Guardian” qəzetində Azərbaycanın Rusiyadan silah alışına görə “Rosoboroneksport” dövlət şirkətinə gizli ödənişlər etməsi ilə bağlı saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirilməlidir.

Yenicag.az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Bu, Qərbin Rusiyaya və onun müttəfiqlərinə təzyiq göstərməsi demək deyil” sualına cavabında Mariya Zaxarova bu fikirlə razı olduğunu deyib.

“Rusiyaya bir sıra istiqamətlər üzrə informasiya sahəsində çox ciddi təzyiqləri həyata keçirilib. Bu, informasiya təzyiqidir və bu təzyiq bir neçə istiqamətdə gedir. Rusiyalı jurnalistlərə qarşı təzyiqlər var, onlar informasiya məkanından sıxışdırılıb çıxarılır. Bu, müxtəlif yollarla həyata keçirilir. Onlara reaksiya verməyə çalışırıq”.

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv