Rusiya yaş həddini qaldırdı: Ordunu böyüdür

media-hightechnic-468x90

Rusiya Dövlət Duması hərbi xidmətə çağırış üçün maksimum yaş həddini 27-dən 30-a qaldırdı. İndiki aşağı yaş həddi isə 18 olaraq saxlanıldı. Bu, Rusiya hakimiyyətinin daha çox kişinin orduya tez bir zamanda çağırılmasına imkan yaratmaq üçün qanunvericilikdə dəyişikliklərə üstünlük verdiyini göstərir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, çağırışçılar Ukraynada yerləşdirilməsələr də, əlavə çağırışçılar peşəkar və çağırışçı əsgərləri Rusiyadakı digər vəzifələrdə əvəz edəcəklər:

“Putin ehtiyatda olan çağırışçıların yuxarı yaş həddinin mərhələli şəkildə artırılmasını nəzərdə tutan qanunu imzalayıb. İndi onlar 70 yaşına qədər olan zabitləri səfərbər edə bilərlər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05