Rusiyalı mütəxəssislər aprel-avqust ayları ərzində EG.5 və ya “Eris” koronavirusunun yeni variantı ilə 17 yoluxma halı müəyyən ediblər.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə” Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasında EG.5 variantı ilə ilk təcrid olunmuş yoluxma halları 2023-cü ilin aprelində aşkar edilib”, – məlumatda deyilir.
Departament ölkədə bu variantın “hələ geniş yayılmadığını” vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Eris” varinatını nəzarət altında olan seçimlər siyahısına əlavə edib. Dünyada virusu ehtiva edən ilk nümunələr 2023-cü ilin fevralına təsadüf edir. ÜST-nin məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib. .
Variant Çində, ABŞ-da, Böyük Britaniyada, həmçinin Avropa və Asiyanın bəzi ölkələrində yayılıb. İndiyə kimi 51 ölkədə aşkarlanıb.
www.yenicag.az