!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada “agent-telekanal”da yoxlamalar başladı – Absurd İTTİHAM

!Reklam – Yazi

Rusiyanın müstəqil “Dojd” telekanalında “hakimiyyəti qəsbetmə” ittihamı ilə yoxlama aparılır.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, “Dojd”da “terrora çağırış və hakimiyyəti qəsbetmə” ittihamı ilə keçirilən yoxlama Rusiyanın İstintaq Komitəsi tərəfindən sanksiyalaşdırılıb.

Qeyd olunur ki, guya prokurorluq “Dojd”un “YouTube” səhifəsində hakimiyyətin zorla dəyişdirilməsinə çağırış olan mətn aşkarlayıb. Bundan sonra İstintaq Komitəsi yoxlamalara başlayıb.

Bildirilir ki, sözügedən mətnin müəllifini 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Rusiya İstintaq Komitəsi bununla bağlı hələlik heç bir açıqlama verməyib.

Məlumata əsasən, Rusiyanın Ədliyyə Nazirliyi “Dojd” telekanalını “xarici agent KİV” siyahısına daxil edib.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv