Rusiyada azərbaycanlı bıçaqlandı

media-hightechnic-468x90
kççRusiyanın Sankt-Peterburq şəhərində 16 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb.

Gənc oğlan kafedə kütləvi dava zamanı qarın nahiyyəsindən bıçaq yarası alıb.

Zərərçəkmiş ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb.

Hadisədən sonra Ukrayna vətəndaşı Vasiliy Palyok və yerli sakin Dmitri Piroqov saxlanılıblar. İstintaqın versiyasına görə, həmin şəxslər Azərbaycan vətəndaşı ilə mübahisə edib. Sonra münasibətlərin aydınlaşdırılması üçün onlar kafeyə gediblər.

Faktla bağlı cinayət işi qaldırılıb. V.Palyokun həbs ediləcəyi, D.Piroqovun isə şəhəri tərk etməmək şərti ilə sərbəst buraxılacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600