Rusiyada azərbaycanlı məhbus intihar etdi

media-hightechnic-468x90

Intihar eleyib 040610Rusiyanın Çelyabinsk vilayətinin Kasli cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus asılmış vəziyyətdə tapılıb.

25 yaşlı məhkumu turnikdə ipdən asılmış vəziyyətdə başqa bir məhbus aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

İlkin ehtimala görə, o, özünə qəsd edib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, meyitə ilkin baxış zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, adı açıqlanmayan azərbaycanlı məhkum Tümendə baş vermiş zorlanma faktı ilə əlaqədar cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. 1 il əvvəl həbsxanaya düşən məhbusun cəzası 2021-ci ildə bitməli idi.

Hadisənin motivləri və baş vermə şəraiti araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600