Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamlar saxta çıxdı

media-hightechnic-468x90

Yekaterinburqda məktəblilər arasında İslamı təbliğ etdiyi iddia olunan azərbaycanlı müəlliməyə qarşı sosial şəbəkələrdə yayılan ittihamların həqiqət olmadığı aydınlaşıb.

Yenicag.az xəbər verir ki, 157 nömrəli məktəbin direktoru Svetlana Reznikova “Puşkin əvəzinə Qurani-Kərim” yazıları ətrafında yayılan xəbərlərin etnik ədavəti qızışdırmaq məqsədi daşıdığını və saxta olduğunu bildirib. Onun sözlərinə görə, daxili araşdırma zamanı müəyyən edilib ki, müəllimənin saxta səhifəsi naməlum şəxslər tərəfindən yaradılıb, hicablı fotolar və tələbələrlə yazışmalar isə saxtadır.

Məktəb rəhbərliyi Yekaterinburq Təhsil Departamenti və Prokurorluğu ilə əlaqə saxlayır. Yoxlama heç bir qanun pozuntusu aşkar etməyib. Müəllimə ötən ildən məktəbdə işləyir, valideynlər və həmkarları arasında nüfuz və etibar qazanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa