Rusiyada bədbəxt hadisə: Mədən çöküb, uçqun altında qalanlar var
Rusiyanın Maqadan vilayəti ərazisində yerləşən kömür yatağında uçqun baş verib, dağıntılar altında insanların qaldığı ehtimal olunur.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, uçqun altında 8 nəfərə qədər insan qala bilər.
Hadisə yerinə yanğınsöndürənlər, dağ-xilasetmə qüvvələri və həkim briqadaları cəlb olunub.













