Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada dəhşətli qəza: İki Su-34 toqquşdu - YENİLƏNDİ

Uzaq Şərqdə iki Su-34 qırıcı təyyarəsi toqquşub.

Yenicag.az TASS agentliyinə istinadən xəbər verir ki, təyyarələrdən biri toqquşmadan sonra dənizə düşüb.

Digər təyyarənin ekipajının taleyi hələlik məlum deyil.

Bir təyyarənin ekipajının katapult etdiyi bildirilib.

Axtarış tədbirlərinə başlanılıb.

Qırıcıların hansı şəraitdə toqquşması məlum deyil.

***

Rusiya Müdafiə Nazirliyi Su-34 təyyarələrinin toqquşması ilə bağlı məlumat yayıb.

“Hər iki təyyarənin pilotu katapult edə bilib. Təyyarələr uçuşu döyüş sursatı olmadan həyata keçiriblər. An-12 təyyarəsi və iki Mi-8 helikopteri pilotların düşdükləri ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına başlayıb”, – nazirlikdən bildirilib.

***

Rusiyada qəzaya düşən S-34 təyyarəsinin pilotlarından biri aşkar edilib.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, həmin təyyarəçinin sağlıq durumu qənaətbəxşdir.

Hazırda pilotların xilas əməliyyatı çətin hava şəraitində aparılır.

Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.

Loading...

www.yenicag.az

5245
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100