Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyada dünya tarixində ilk nadir tapıntı - Sərvət içində sərvət - FOTO

Rusiyada dünya tarixində ilk dəfə rastlanan qeyri-adi almaz kəşf edilib. 

Yenicag.az xəbər verir ki, həmin almaza “Matruşka” adı verilib.

Almazın qeyri-adiliyi isə, onun içində hərəkət edən daha bir almazın olmasıdır. Belə ki, bir almaz ümumilikdə iç-içə olan iki almazdan ibarətdir.

Almaz Rusiya mədənçilik şirkəti “Alrosa”nın Yakutyanın Nyruba şəhərində apardığı qazıntı işləri zamanı aşkarlanıb.

Alimlərin rəyinə görə, almazın ilk olaraq iç hissəsi, daha sonra isə, onun xarici hissəsi formalaşıb.

Onun çəkisinin 0,124 qram (0,62 karat) olduğu bildirilib. İçindəki almaz isə, təxminən 0,004 qram (0,02 karat) olaraq qiymətləndirilib.

www.yenicag.az

1023
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM