Rusiyada gənc qızı öldürən azərbaycanlıya hökm oxundu

media-hightechnic-468x90

hebsedidiesas0Rusiyada 11 il öncə 27 yaşlı rus qızını öldürən azərbaycanlı Şakif Ziyadxan oğlu Rəfixanova Bakı Ağır Cinayətlər Məhkəməsi 10 il həbs cəzası verib.

Bu haqda məlumatı “newsvo” saytı yayıb.

Məlumata görə, qətl hadisəsi 2004-cü ildə Rusiyanın Voloqodsk vilayətinin Ustyujensk rayonunun Çuprovo kəndində qeydə alınıb.

Azərbaycanlı Şakif Rəfixanov 27 yaşlı rus qızının başına və qarnına güclü xəsarətlər yetirib. Nəticədə qız aldığı zərbələrdən dünyasını dəyişib.

Hadisədən dərhal sonra Şakif aradan çıxmağı bacarıb. 5 il axtarışda olan azərbaycanlı haqda məlumatı Rusiya prokurorluğu Azərbaycandan olan həmkarlarına göndərib.
Nəticədə Şakif 2009-cu ildə Azərbaycanda həbs edilib.

Bu gün isə o, etdiyi cinayət əməllərinə görə 10 il həbs cəzası alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600