Rusiyada iki həmyerlimiz avtomobil qəzasında öldü

media-hightechnic-468x90

5f4b7f2339902bd942a7250f7338db17Rusiyanın Saratov vilayətində iki Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə fevralın 21-də səhər saatlarında Saratov-Tambov yolunun 118-ci kilometrliyində, Malinovka kəndi yaxınlığında qeydə alınıb.

“Chevrolet Aveo” markalı avtomobillə “VAZ-2104” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2104”-də olan iki azərbaycanlı, “Chevrolet Aveo”-da olan 5 sərnişindən 3-ü hadisə yerində dünyalarını dəyişiblər. İki nəfər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisəyə səbəb kimi dumanlı hava şəraiti və “Chevrolet Aveo”-nun azərbaycanlının idarə etdiyi “VAZ-2104” avtomobilinin yoluna çıxması olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa