Rusiyada son sutka ərzində daha 15 150 nəfər yeni növ koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 369 313 nəfərə çatıb.
Son sutka ərzində 232 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 23 723 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
www.yenicag.az