Rusiyada QAPALI SƏFƏRBƏRLİK: Məhkumlara hansı vədlər verilir? – Ukrayna kəşfiyyatı

media-hightechnic-468x90

Ukraynaya hərbi təcavüz edən və ciddi uğursuzluqlarla üzləşən Rusiya canlı qüvvə itkisinin yerini doldurmağa çalışır.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatı Rusiyada gizli səfərbərliyin həyata keçirildiyi, hətta məhkumların da hərbi əməliyyatlarda iştirak üçün hazırlandıqlarını açıqlayıb.

Məlumata əsasən, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində təqribən 17 min hərbçi itirməsi Kremli yeni addımlar atmaq məcburiyyətinə gətirib.

Qeyd olunur ki, bu məqsədlə Rusiyada qapalı səfərbərliyə start verilir. Əsas nüans bundan ibarətdir ki, Rusiyada aprelin 1-də “BARS-2021” proqramı üzrə başlanacaq qapalı səfərbərlik kampaniyası həqiqi hərbi xidmətə çağırışla paralel aparılacaq.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya müxtəlif ağır cinayətlər üzrə cəza çəkən məhkumları da hərbi əməliyyatlara cəlb etməkdədir. Bildirilir ki, Çeçenistanda yerləşən “Çernokozovo” həbsxanasında cəza çəkən 100-dən çox məhkum artıq savaşa qatılmağa hazırlaşırlar. Ukrayna əleyhinə müharibəyə qatılaraq sağ qalan məhkumlara tam amnistiya vəd olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600