Rusiyada zavoddakı partlayış nəticəsində 12 nəfər itkin düşdü, 100-dən çox bina zədələndi

media-hightechnic-468x90

Ötən gün, avqustun 9-da Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş partlayış nəticəsində 110-dan çox bina zədələnib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər itkin düşüb.

Xatırladaq ki, partlayış nəticəsində 52 nəfər yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600