Rusiyadakı gənc azərbaycanlı liderlər  Bakıda səfərdədir – FOTOLAR

media-hightechnic-468x90

 

Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporasının gənc liderləri Azərbaycanda səfərdədirlər. Onlar arasında Moskvada yaşayan  Nijnıy Novqorod şəhərindəki Azərbaycan Gənclər Təşkilatının rəhbəri Rasim Quliyev, Sankt-Peterburqdan  Rusiya Azərbaycan Gənclər Birliyinin sədri Zakir Nəbizadə  və digərləri vardır.

Yenicag.az xəbər verir ki, gənc liderlər bu səfər çərçivəsində ilk olaraq Şəhidlər  və Fəxri Xiyabanını ziyarət ediblər.

Azərbaycanda millət vəkilləri və kütləvi informasiya vasitələrinin rəhbərlərilə görüşən diaspora nümayəndələri bu görüşlərdə Azərbaycan gəncliyinin Rusiyada oynadığı rol və Azərbaycanda cəbhə xəttində cərəyan edən son hadisələr barədə fikir mübadiləsi aparıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa