Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadakı separatçılardan talışlara RƏZİL “MÜRACİƏT” – Agenturadan növbəti TƏXRİBAT

Reklam: Sinerji Pro

Rusiyada separatçılar tərəfindən yaradılan və o ölkənin kəşfiyyatına bağlılığı şübhə doğurmayan “Talış Federal Milli-Mədəni Muxtariyyatı” adlı qurumun talışlara bədnam müraciəti yayılıb.

Yenicag.az xəbər verir ki, separatçıların “YouTube”da yayımladıqları “müraciət”də Rusiyada oktyabrın 15-dən başlayan əhalinin ümumi siyahıya alınmasında talışların “aktiv iştirakı” istənilir.

İlk baxışda burada qeyri-adi heç nə görünməyə bilər. Amma separatçıların talışları səslədikləri “fəal iştirak”ın “arqumenti” bu təşəbbüsün arxasında anti-Azərbaycan mərkəzlərin dayandığına dair qəti qənaət formalaşdırır.

Müraciət müəlliflərinin iddiasına görə, talışların öz milli kimliklərini rəsmiləşdirmələri onları guya “assimlyasiya”dan xilas edəcək əsas “çıxış yolu”dur.

Əlbəttə, bu müraciətin və orada yer alan əsassız iddiaların açıq-aşkar təxribat olmasının isbata ehtiyacı yoxdur. Hər halda, Rusiyada fəaliyyət göstərən və o ölkənin xüsusi xidmət orqanları tərəfindən yönləndirilən “Muxtariyyat”dan fərqli mövqe gözləməyə də dəyməz.

Ancaq əsas olan budur ki, Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan talış soydaşlarımız bu kimi çağırışlara əhəmiyyət vermir. Talışlar da Azərbaycandakı digər soydaşlarımızla bir sırada ümumi Vətənimizin bütövlüyü və inkişafı üçün əllərindən gələni etməkdədirlər.

Gələn ay 1 illiyi qeyd ediləcək 44 günlük Vətən müharibəsində etnik mənsubiyyətindən asılı olmayaraq, hamının ümumi düşmənə qarşı bir yumruq kimi birləşməsi Azərbaycanda milli zəmində hər hansı problem olmadığının bariz təsdiqidir. O baxımdan, belə təxribatçı cəhdlərin Azərbaycanda daxili milli həmrəyliyi zədələməsi imkan xaricindədir.

Hər halda, ölkə xaricində Azərbaycana qarşı fəaliyyət göstərən separatçı mərkəzlər bunu əla bilsələr də, aldıqları təlimat əsasında zaman-zaman belə təxribatlara əl atırlar. Lakin onların bu cəhdləri “yelin qayadan apara biləcəyi” nəticədən artıq olmayacaq.

www.yenicag.az

491
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100