“ABŞ, İrana qarşı yeni sanksiyaların tətbiqi ilə “Nüvə Silahların Yayılmaması haqqında Müqavilə”yə daha güclü zərbə vurur”.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarixi İşlər Nazirliyi bildirib.
“Vaşinqtonun həyata keçirdiyi yeni anti-İran sanksiyaları, müqaviləni qorumaq üçün ortaq tədbirlər planına zidd olmaqla tərəflərin ardıcıl səylərinin pozulmasına səbəb olacaq” – deyə nazirliyin şənbə günü öz saytında yayımlanan açıqlamasında qeyd edilib.
Moskva, ABŞ tərəfini BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd və üçüncü ölkələrin maraqlarına təsir göstərən birtərəfli xarici sanksiyalardan imtina etməyə çağırıb.
Rusiya, ABŞ-ın yeni sanksiya qərarlarını qınamaqla bərabər, Moskvanın İranla beynəlxalq ticarət, iqtisadi və maliyyə əməkdaşlığını genişləndirmək üçün əlindən gələni edəcəyini açıqlayıb.
www.yenicag.az