!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan BMT-yə növbəti çağırış - Təhlükəsizlik Şurası iclas keçirsin

!Reklam – Yazi

Rusiya Suriyadakı atəşkəsə zəmanət verən “Türkiyə-Rusiya-İran” üçtərəfli görüşünün nəticələrinə dair BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini təklif edib.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki sözçüsü bazar ertəsi günü mətbuata verdiyi açıqlamasında söyləyib.

“Rusiya “Rusiya-İran-Türkiyə” zirvəsinin nəticələri barədə Təhlükəsizlik Şurası üzvləri tərəfindən göstərilən marağı nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının açıq iclasını tələb edir. Bizim məqsədimiz Suriya ətrafındakı vəziyyətin dinc yolla həllinə çalışmaqdır. Terroristlərin əsas qüvvələrinin cəmləşdiyi İdlib vilayətində vəziyyətin stabilləşdirilməsi həmişə diqqətimizdədir” – deyə sözçü qeyd edib.

“Biz Suriyadakı terrorçularla mübarizəni davam etdirmək tərəfdarıyıq. Mülki əhalinin terrorizm boyunduruğundan tamamilə azad olunmasına qədər mübarizənin davam etməsinin vacibliyini təkrar edirik” – deyə diplomat sözlərini bitirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Tehranda Suriya münaqişəsinin həlli məsələrini müzakirə etmək üçün üçüncü zirvə toplantısını keçirib.

Xatırladaq ki, birinci görüş 2017-ci il noyabrın ayının 22-də Rusiyanın Qara dənizdəki Soçi şəhərində, ikinci görüş isə bu il aprelin 4-ündə Ankarada baş tutmuşdu.

COP29

www.yenicag.az

1493
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv