Rusiyadan daha 440 nəfər Azərbaycana gətirildi
Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.
“Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb”, – E.Hüseynov bildirib.
Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb./Report/