!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan ingilislərə “Çaykovski” mesajı: Moskva “Napoleon savaşı”nı niyə xatırlatdı?

!Reklam – Yazi

Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun Rusiyaya səfərindən vaz keçməsi Kremli qəzəbləndirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bununla bağlı yayılmış bəyanatında britaniyalı nazirin Suriyadakı prosesləri anlamadığı qeyd olunub:

“Rusiyanın Əsəd rejiminə verdiyi dəstəyin” müzakirə mövzusu olduğunu söyləməsinə baxsaq, Conson Suriyada baş verənləri və Rusiyanın bu ölkədəki böhranın aradan qaldırılması üçün göstərdiyi cəhdləri anlamadığı, ya da bilmədiyi kimi, özünün diplomatik missiyasını da anlamır və ya bilmir.

Consonun Moskvaya səfərini ləğv etməsi məlum problemlərə özünün yanaşması olmayan, beynəlxalq məsələlərə təsir edə bilməyən və strateji tərəfdaşlarının kölgəsində qalan ingilislərlə müzakirə aparmağın faydasız olmasına dair şübhələri bir daha təsdiqləyir. Bu dialoqun Londona bizdən daha çox lazım olduğunu düşünürük”.

Rusiyanın Londondakı səfirliyi də “Twitter”də Consonun Moskvaya səfərini ləğv etməsinə münasibət bildirib. Səfirlik bu barədə qeydlərinə Pyotr Çaykovskinin “1812-ci il üvertürası”nı da əlavə edib: “Moskva səfərini ləğv etdi. Səbəblərdən qurulan tamaşa? G7-də daha təhlükəsizdirmi? Yumşaq güc cavabımızı dinləyin”.

Səfirliyin məhz “Napoleon savaşı”nda dönüş nöqtəsi olan 1812-ci illə bağlı musiqi əsərini paylaşması Moskvanın açıq mesajı kimi qiymətləndirilir.

Yeniçağ.Az

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv