!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadan kapital axınında REKORD: Həftəyə 270 milyon dollar xaricə “uçur”

Rusiyadan xarici ölkələrə kapital axınında rekord göstərici qeydə alınıb.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ölkədən kapital axının güclənməsinə münasibət bildirib.

BCS Global Markets maliyyə xidmətinin məlumatına görə, Rusiya aktivlərinin və qiymətli kağızlarının yatırıldığı fondlardan xaricə çıxarılan kapitalın həftəlik məbləği 270 milyon dollar təşkil edib. Bu, rekord göstərici hesab olunur.

Bu barədə sualı cavablandıran Dmitri Peskov bildirib ki, xaricə kapital axınının güclənməsində narahatlıq doğuran heç nə yoxdur.

Sözçü bildirib ki, dünyanın, o cümlədən, Rusiyanın qiymətli kağızlar bazarında ciddi dəyişkənlik müşahidə olunur və ölkədə makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görülür.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Rusiyadan 65,7 milyard dollar çıxarılıb. Ötən il üçün bu göstərici 42,7 milyard dollar olub.

www.yenicag.az

258
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100