Rusiyadan Ukraynaya növbəti hücum: ölən və yaralananlar var

media-hightechnic-468x90

Rusiya ordusu Ukraynanın Xarkov, Kiyev, Xerson və Zaporojye vilayətlərinə hücum edib, nəticədə bir nəfər həlak olub, 21 nəfər yaralanıb.

media-banner_tuq

Yenicag.az bildirir ki, “Report” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir. Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Xarkov vilayətinin rəhbəri Oleq Sinequbovun məlumatına görə, Xarkov şəhəri və daha 20 yaşayış məntəqəsi atəşə tutulub. Doqquz nəfər xəsarət alıb.

Kiyev vilayətinin rəhbəri Nikolay Kalaşnik bildirib ki, bazar ertəsinə keçən gecə Rusiya dronları Brovarı rayonuna hücum edib, nəticədə iki fərdi ev zədələnib, bir nəfər yaralanıb.

Xerson vilayətinin rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, zərbələr nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Zaporojye vilayətinin rəhbəri İvan Fyodorov isə sutka ərzində 39 yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində dörd nəfərin yaralandığını bildirib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05